ÜMUMİ QAYDALAR
1) İstifadəçilərin öz faydaları göz önündə tutularaq hazırlanan bu qaydalar müzakirəyə açıq deyil.
2) Foruma üzv olan istifadəçilər bu mətni oxumamış olsa da, bütün qaydalara uyğun gəlməyi qəbul etmiş sayılar. Bu qaydalar bütün istifadəçilər üçün önəmli xüsusiyyətdədir.
3) Rahmət Forum rəhbərliyi, lazım bilindiyi təqdirdə, bu qaydalarda dəyişiklik etmə haqqına malikdir. Qaydalar əlavə olunduğu anda qüvvəyə minər və bütün üzvlərin oxuduğu fərz edilər.
MÖVZU AÇMA
4-Foruma əlavə olunan hər cür yazı və materialın maddi və mənəvi bütün məsuliyyəti onu göndərən üzvə aiddir və forumumuz məsuliyyət daşımır.
5-Qanunla yayım haqları qorunan əsərlərin, sahibinin icazəsi alınmadan forumumuzda paylaşılmaması xahiş olunar.
6-İnsanların vaxtlarını külliyyən boşa xərcləyəcəkləri paylaşmalar etməməli, statistik bir dəyəri olmayan, lazımsız anketlər açılmamalıdır. (gözünüz nə rəng, ləbbadə geyərsinizmi və s)
7-Dini məzmunlu paylaşmaların 12 İmam Şiəliyi əqidəsinə uyğun olmasına, səhih qaynaqlardan olmasına diqqət yetirilməli və mütləq şəkildə mənbə göstərilməlidir.
8-Forumda yazılacaq mövzular əlaqədar olduqları başlıqlara yazılmalıdır. Aid olmadığı kateqoriyada olan başlıqlar idarəçilər tərəfindən əlaqədar hissəyə daşınar.
9-Sayt iştirakçıları yeni bir mövzu başlığı açmadan əvvəl o mövzunun saytda mövcud olub olmadığına "axtarış" edərək nəzarət etməlidir. Eyni adlı və ya eyni müzakirələri ehtiva edən mövzular açıla bilməz. Açıldığında rəhbərlik tərəfindən silinər. Şeir hissəsi xaric olmaq üzrə, tək bir mövzu altında mesaj sayını artırmaq məqsədli ard-arda mesaj atmaq qadağandır! Əgər unutduğunuz və mesajınıza əlavə etmək istədiyiniz bir şey var isə, bunu ilk mesajınızı dəyişdirərək əlavə edə bilərsiniz.
10-Forumda açılan mövzularda üzvlər yazdıqları paylaşmaları (yazılar); qətiliklə istifadə etdikləri mənbələri bildirmək surətiylə foruma əlavə etmək məcburiyyətindədir. Öz yazılarını adla, qaynağı müəyyən olmayan , başqa bir saytdan və ya bir yerdən alınan yazılar yazı altına ALINTIDIR ibarəsini yazmaq surətiylə paylaşıla bilər.
11-Yazdığınız yazının səhv və ya əskik olduğunun fərqinə vardığınızda, yazını redaktə edin, təkrar yazmanıza ehtiyac yoxdur! Mövzuya ən son cavab verdiyiniz halda, "Bir də bunu əlavə etmək istəyirəm" deyə yeni bir cavab göndərməyin! Mesajınızı redaktə edərək həll edə bilərsiniz.
MESAJ MƏZMUNLARI
12-Kimlərəsə və/və ya hansısa təşkilatlara maddi kömək tələb etmək , əlverişsiz, təhrik edici, yalan və/və ya böhtan ehtiva edən mesaj və məlumatları göndərmək ,ticari, reklam, ya da promosiya materialları göndərmək, şəxsinn xəbərləşmə və məlumat götürmə azadlığını istifadə etməsinə maneə törədəcək tərzdə mesaj göndərmək qadağandır.
13-Mesaj sayınızı artırmaq üçün gərəksiz təşəkkür mesajı yazmayın.
14-Qaydalara zidd davranışlar edən üzvlərin problem yaradan mesajları silinəcək və özləri xəbərdar ediləcək. İrəliləyən zamanlarda da eyni davranışları sərgiləməkdə israr edən üzvlər forumdan uzaqlaşdırılacaq.
15-Sayt içində chat üçün ayrılmış xüsusi hissə xaric, mövzularda, əlaqəsiz mesajlaşmalara, söhbətlərə və s. girilməməli, beləliklə mövzunun tam fərqli şəkildə şəkillənməsinə səbəb olunmamalıdır.
16-Mesajlarınızda mülki şəxs və/və ya təşkilatları alçaldıcı, təhqiredici məzmunlu ifadələr yer almamalıdır.
17-Mövzu başlıqları və mesajlarınızda görüntü çirkliliyi və göz yorğunluğuna gətirib çıxaracaq şriftlər və qeyri ciddi yazı stilləri istifadə etməməniz xahiş olunur.
18-Hər şeyim sənsən
mən sənlə doğuldum
sən olmadan mən bir heçəm
Sən getdin mən bitdim
Sənsiz olmaz.
və s. kimi sizin üçün xüsusi bir insana xitab olan, lakin dinən çox səhv olan və günaha səbəb olacaq axmaq cümlələr ehtiva edən paylaşmalar istifadə etməyək, saytımız dini məzmunlu bir saytdır
SANKSİYALAR
19-İçində küfr, lağ, təhqir və s. ifadələr olmayan mesajlarınız silinməyəcək. Lakin daşıma, kilidləmə və s. moderasiyon əməliyyatlarından ötrü idarəçilərlə mübahisə etmək qadağandır. Bu və bənzəri mövzularda anlayışınız üçün indidən təşəkkür edirik.
20-Forumda Şəxsi İsmarıc istifadəsi əsnasında (mən x tanış ola bilərikmi msn ünvanım bu və bənzəri) üzvlərimizi narahat edən istifadəçilər, 1 həftə saytdan uzaqlaşdırılar və ya üzvlük silinər.
21-Forumda şəxsi başlıq (x Bu mesajı oxu vs.) açmaq qadağandır. Bu növ yazılar dərhal silinər. İştirakçıların Şəxsi ismarıcdan istifadə etmələri əhəmiyyətlə xahiş olunar.
ÜZVLÜK
22-Foruma üzv olarkən (xxxx25,vvvvv35 …və s.) kimi niklər və əxlaqa zidd istifadəçi adlarıyla üzv olmaq qadağandır. Fərqli niklərlə çoxaldılmış üzvlüklər edənlərin ilk üzv olduğu nik xaricindəki bütün nikləri təsbit edildiyi an paylaşması nə olursa olsun silinəcək.
23-Mənfi ,əxlaqdankənar, cəmiyyət dəyərlərinə zidd, İslam və "O"nun uca qaidələrinə tərs Avatar, Loqo, Ad, Nickname, Şüar, İmza qadağandır.
24-İmzanızda hər cür reklam qadağandır! Buna öz saytınız, ya da başqa saytların linklərini əlavə etmək də daxildir. (Moderatorlarımız mesajlardakı linklərin mesaj məzmununa bağlı olaraq qalması, ya da silinməsi haqqında qərar verə bilər) Yenə imzalarda (Sayt idarəçiləri Xaricində) şişirdilmiş ifadələr ,şəkillər istifadə edilə bilməz!
25-Sayt qaydaları dəyişdirilə və ya yeni qaydalar əlavə oluna bilər. Əlavə olunan və ya yenilənən hər qayda əvvəlki vəziyyətlərə şamil edilməz.
26-Eyni istifadəçinin foruma fərqli adlarla üzv olması qadağandır. Bu vəziyyətdə istifadəçinin ən köhnə istifadəçi adı xaricindəkilər silinər və özünə xəbərdarlıq verilər. Təkrarlanması nəticəsində davamlı olaraq forumdan uzaqlaşdırılar.
ÜZVLƏRARASI ƏLAQƏLƏR
27-İdarəçilər xaricində heç bir üzv bir başqasına xəbərdarlıq edə bilməz. Bir üzvlə əlaqədar şikayətiniz var isə idarəçilərə məlumat verin.
28-Heç bir üzvə fərdi məlumatlarınızı verməyin. Həqiqi ad, ünvan, telefon, foto, msn və s. kimi.
29-İdarəçilərdən öncə qaydalara zidd bir mesajla qarşılaşdığınızda Şəxsi ismarıcla Sayt Rəhbərliyinə yaza bilərsiniz.